İdman

Mourinyonun karyerasında ən pis göstərici

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo karyerasının anti-rekorduna imza atıb.

Qol.az “Squawka”ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis bunu Premyer Liqanın 31-ci turunda “Mançester Yunayted”ə uduzmaqla (1:3) reallaşdırıb.

Çalışdırıcı 2020/21 mövsümündə 10-cu məğlubiyyətini alıb. Bu isə Mourinyonun karyerası ərzində ən pis göstəricidir. O, daha əvvəl baş məşqilik etdiyi komandalarla 1 mövsüm ərzində 10 dəfə uduzmayıb.

Qeyd edək ki, “Tottenhem” hazırda Premyer Liqanın turnir cədvəlində 49 xalla 7-cidir.

Bənzər yazılar

Back to top button