Analitikaİqtisadiyyat

Kreditdə bölgə payı

Bakuresearchinstitute.org saytı kredit qoyuluşlarında regional bərabərsizliyə diqqət yönəldib. Araşdırmaya görə, 2021-ci il martın 1-nə bankların iqtisadiyyata yönəltdiyi 14,3 milyard manatlıq kreditin 79,7%-i Bakı şəhərinin payına düşüb.

Analoji göstərici Aran iqtisadi rayonunda 5,2%, Gəncə-Qazax iqtisadi rayonunda 4,4%, Abşeron iqtisadi rayonunda 3,4%, Lənkəran iqtisadi rayonunda 1,8%, Quba-Xaçmaz, Şəki-Zaqatala, Naxçıvan iqtisadi rayonlarının hər birində 1,5%, Dağlıq Şirvan iqtisadi rayonunda 0,5%-dir.

Novator.az bildirir ki, Mərkəzi Bankın hesabatına görə, 2021-ci il martın 1-nə Bakıda 11 milyard 360,6 milyon manatlıq kredit rəsmiləşib.

İqtisadi rayonlar üzrə göstəricilər belə olub:

Aran – 734 milyon manat

Gəncə-Qazax – 624,1 milyon manat

Abşeron – 489,1 milyon manat

Lənkəran – 261,6 milyon manat

Şəki-Zaqatala – 220,1 milyon manat

Quba-Xaçmaz – 215,2 milyon manat

Naxçıvan – 214 milyon manat

Dağlıq Şirvan – 70,4 milyon manat

Yuxarı Qarabağ – 56,1 milyon manat.

Kəlbəcər-Laçın iqtisadi rayonunun göstəricisi hesabatda yer almır.

Bənzər yazılar

Back to top button