İqtisadiyyat

Azərbaycanda bu şəxslərin maaşı iki dəfə artırılır – Milli Məclisdə müzakirə olunacaq

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

Bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq. (Report)

Bənzər yazılar

Back to top button