Siyasət

Ermənilər necə məğlub edildi? – Samvel Babayan açıqlayır

Qondarma rejimin keçmiş komandiri Samvel Babayan II Qarabağ müharibəsindəki məlubiyyətlərinin səbəblərini açıqlayıb. O, erməni əsgərlərinin tamamilə hazırlıqsız olduğunu, təlim görmədiklərini vurğulayıb.

O, məğlubiyyətlərində günahkar şəxslərin hədsiz çox olduğunu qeyd edib. Babayan bu gün erməni cəmiyyətinin həqiqətlərlə maraqlanmadığını, sadəcə pafosa ehtiyaclarının olduğunu deyib. Çünki həqiqət onların döyüş təlimi almamalarından, hazırlıqsızlıqlarından ibarətdir və ermənilər bunu qəbul etmir.

Babayan erməni ordusundakı boşluqlardan söz açaraq, “Əsgərlərə fərarilik səbəbi ilə cinayət işi açmazdan əvvəl onlardan son dəfə atəş açmaqla bağlı təlim keçib-keçmədiklərini soruşmağa dəyər”,-deyib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Babayan Azərbaycanın ağır zərbə silahları və pilotsuz uçuş aparatlarından istifadə etməsindən, buna vəsait ayırmasından da söz açıb:

“2013-cü ildən bəri müharibənin belə bir xarakter alacağını və lazımi tədbirlərin görülməli olduğunu demişdim. Amma məni dinləmədilər”.

Separatçıların keçmiş komandiri 2016-cı ilin aprelində Azərbaycan ordusunun Lələ təpəni işğaldan azad etməsindən də danışıb:

“Hündürlüyü Azərbaycandan almaq cəhdi oktyabrın əvvəlində həyata keçirildi, lakin uğursuzluqla nəticələndi və Ermənistan ordusu xeyli itki verdi”. (yenisabah.az)

Bənzər yazılar

Back to top button