İdman

“Ronaldodan canınızı qurtarın” – Alleqri

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqrinin klubdan ayrılmazdan əvvəl Turin təmsilçisinin prezidenti Andrea Anyelliyə məsləhət verdiyi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Bildirilib ki, italiyalı mütəxəssis 2019-cu ildə “Yuventus”u tərk etməzdən öncə rəhbərliklə söhbətində ulduz hücumçu Kriştiano Ronaldonun komandadan ayrılması lazım olduğunu söyləyib. O vaxt portuqaliyalı oyunçu yalnız bir mövsüm “qoca sinyora”nın düşərgəsində keçirmişdi.

“Ronaldodan canınızı qurtarın, komandanın və klubun böyüməsinə imkan vermir” – deyə o bildirib.

Xatırladaq ki, Alleqri “Yuventus”dan istefa verdiyindən bəri işsizdir. O, 2014-cü ildən klubu çalışdırırdı. Massimilianonun rəhbərliyi altında Turin təmsilçisi beş dəfə İtaliya çempionu olib, dörd dəfə kubok və iki dəfə ölkə Superkubokunu qazanıb.

Bənzər yazılar

Back to top button