Dünya

Poroşenko yeni üzüylə jurnalistləri təəccübləndirdi

Ukrayna Prezidenti Petro Poroşenko Ali Radanın parlament fraksiyalarının uzlaşma şurasında çıxışı zamanı yenilənmiş imici ilə iştirakçıları təəccübləndirib.

Qaynarinfo xəbər verir ki, bu haqda Strana.ua-nın məlumatında deyilir. Jurnalistlər siyasətçinin yeni saç düzümünə, bahalı yeni geyimlərinə – Fransız Louis Vuitton-dan kostyum və loaferlərə və ən əsası – üzündəki dəyişikliklərə diqqət çəkib.

Beləliklə, mütəxəssislər Petro Poroşenkonun plastik cərrahiyyə qərarı verdiyini bildiriblər.

“Həmkarlarım – plastik cərrahlar – Poroşenkonun üzünə baxanda əllərimiz bu əməliyyatı etmək üçün qaşınırdı. Və nəhayət kimsə… ona gözünün altındakı torbalardan qurtulmasına kömək edib”, – ulduz plastik cərrah Sergey Derbak təəssüratlarını bölüşüb.

Bənzər yazılar

Back to top button