İdman

“Mbappenin qarşısını kimsə təkbaşına kəsə bilməz” – Mats Hummels

Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan – bu gün Parisdə Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri matçdan öncə rəqib komandanın hücumçusu Kilian Mbappedən danışıb.

Fanat.az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:

“Mbappeyə qarşı yalnız bütün komanda ilə müdafiə olunmaq mümkündür. Onun inanılmaz sürəti var. Kilianın qarşısını kimsə təkbaşına kəsə bilməz”.

.Qeyd edək ki, tərəflərin ilk dueli Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Park de Prens”də baş tutacaq ikinci qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bənzər yazılar

Back to top button