Koronavirusa yoluxanların sayı artdı – Günün statatistikası

by Aztoday Xəbər Portalı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2317 yeni yoluxma faktı qeydə alınıb, 2109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzToday.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər “COVID-19”dan vəfat edib.

Bu gün Azərbaycanda 28 600 doz vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 23 891 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 4709 olub.

Ümumilikdə, indiyədək ölkədə 1 271 781 doz vaksin vurulub. Bunlardan 837 304-ü birinci mərhələ, 434 487-si isə ikinci mərhələ vaksinasiyadır.

Bənzər Yazılar