İdman

Nə “Real”ın Vinisius kimi braziliyalısı olub, nə də “Barselona”nın

“Real Madrid”ın braziliyalı futbolçusu Vinisius Junior “el klasiko”ların tarixinə düşüb.

Fanat.az xəbər verir ki, 24 yaşlı “sambaçı” La Liqanın 32-ci turunda keçirilən matçda – “Barselona” ilə görüşdə (3:2) fərqlənməklə “el klasiko”larda vurduğu qolların sayını yeddiyə çatdırıb.

O,“el klasiko”larda ən çox qol vuran braziliyalı oyunçu ünvanına sahib çıxıb. Ronaldo və Evaristo de Masedo hərəyə 6, Ronaldinyo, Rivaldo və Covanni isə hərəyə 5 dəfə fərqləniblər.

Qeyd edək ki, “el klasiko”ların bombardiri Lionel Messidir. Argentinalı superulduzun hesabında 26 qol var. Kriştianu Ronaldu və Alfredo Di Stefano isə derbilərdə 18 dəfə adlarını tabloya yazdırıblar.

Bənzər yazılar

Back to top button