İqtisadiyyat

Son bir həftədə unun qiyməti dəyişməz qalıb – Tam siyahı

Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur və onların arasında unu ən baha qiymətə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM (VÖEN – 2300083591) ilə “Nural” MMC (VÖEN – 1000177971) şirkəti satır.
Yeniavaz.com xəbər verir ki, hər iki şirkət 50 kiloqramlıq un kisəsini 38 manat 50 qəpiyə satır.

“Azeri-Arapoğlu U.S.və T.LTD” BM şirkətinin satış mərkəzi Gəncə şəhərində, “Nural” MMC-nin satış mərkəzi isə Tovuz rayonunda yerləşir.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə Şabran rayonu, Ağalıq kəndində yerləşən “Dəvəçi-Taxıl” MMC (VÖEN – 5000365181) satır. Bu şirkət bir kisə unu müştərilərə 37 manatdan təklif edir.
Onu da bildirək ki, Bakı şəhərində un satışı ilə 6 şirkət məşğul olur. Həmin şirkətlərdən 5-i 50 kiloqramlıq un kisəsini 37,95 manata təklif edir. “Qarabağ un” MMC-nin qiyməti isə bunlardan 20 qəpik ucuzdur – 37,70 manat.

Qeyd edək ki, 6 dekabr 2022 – 12 yanvar 2023-cü il tarixləri arasında Azərbaycanda unun topdansatış qiyməti aşağıdakı kimi olub:

Bənzər yazılar

Back to top button