Dünya

Paşinyan parlamentin iclasına sərxoş gəlibmiş

“Nikol Paşinyan parlamentin dünənki iclasına içkili gəlib. Hətta onun komandasındakı yoldaşları da özəl söhbətlərdə bunu danmırlar”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb. Qəzetin iddiasına görə, bunu həm də baş nazirin bir-birindən zidd bəyanlarından və davranışından görmək mümkündür.

Nikol Paşinyan bəzi cümlələri ilə öz-özünü inkar edən fikirlərə yol verib.

Məsələn Ermənistan baş naziri parlamentdəki çıxışında Silahlı qüvvələrin keçmiş baş qərargah rəisi Onik Qasparyanın müharibənin 4-cü günündə ona savaşı 2-3 gün ərzində son çatdırılması üçün tədbirlər görülməsi barədə heç bir söz demədiyini söyləyib.

Halbuki məhz Nikol Paşinyanın özü ötən ilin dekabr ayını 16-da “Azadlıq” radiosuna verdiyi müsahibədə general Onik Qasparyanın ona bu barədə təklif verdiyini deyibmiş. (Musavat.com)

Bənzər yazılar

Back to top button