İqtisadiyyat

Müalicə üçün Azərbaycana gələn əcnəbilərin sayı – Almaniya vətəndaşları da var

Bu ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin 1,2%-i və ya 2 min 497 nəfəri ölkəyə müalicə məqsədi ilə gəlib.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, müalicə üçün Azərbaycana ən çox Rusiya vətəndaşları gəlib.

Bu ilin yanvar-fevral aylarında müalicə almaq məqsdi ilə Rusiyadan Azərbaycan 1 639 nəfər səfər edib.

Müalicə üçün Azərbaycana gələn digər xarici ölkə vətəndaşlarının sayı aşağıdakı kimi olub:

Rusiya – 1 639 nəfər
Qazaxıstan – 173 nəfər
Türkiyə – 170 nəfər
Özbəkistan – 166 nəfər
Gürcüstan – 106 nəfər
Qırğızıstan – 23 nəfər
Tacikistan – 16 nəfər
Ukrayna – 14 nəfər
Belarus – 14 nəfər
Moldova – 9 nəfər
İran – 8 nəfər
Almaniya – 3 nəfər
Digər ölklər – 156 nəfər

Bənzər yazılar

Back to top button