GündəmSağlamlıq

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları ötdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 296 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 260 193 nəfər müalicə olunaraq sağalıb, 4 077 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 32 104 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 478, bu günə qədər isə ümumilikdə 3 082 157 test icra olunub.

Bənzər yazılar

Back to top button