Siyasət

Ermənilər Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərin nəşini Azərbaycana təhvil verib

Dekabrın 1-də Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərin sümüklərini və daha 4 nəfərin meyitinin ola biləcəyi yerlər göstərilən 2 xəritəni Azərbaycan tərəfə təhvil verib, bu barədə dekabrın 5-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

9 noyabr 2020-ci ildən bu günə qədər Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində həlak olan 140 nəfərin nəşini Azərbaycana təhvil verib, deyə məlumatda bildirilir.

Rəsmi Bakı hələ nəşlərin təhvil verilməsi haqqında məlumat yaymayıb.

Xatırladaq ki, noyabrın 28-də Azərbaycan 12-14 senyabr tarixlərində sərhəddə baş verən döyüşlər zamanı həlak olan 13 nəfərin meyitini Ermənistana təhvil verib.

Bənzər yazılar

Back to top button