Ermənistan Azərbaycanla münasibətlərin inkişafına ehtiyac duyur – Armen Sarkisyan

by Aztoday Xəbər Portalı

Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı deyib.

O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır:

“Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır”.

Bənzər Yazılar