Dünya

Bizim məmurlar bu rəqəmlərə qəşş edəcək – Putin gəlirlərini açıqladı

Rusiya prezidenti Vladimir Putin 2020-ci ildə əldə etdiyi gəlirlərini açıqlayıb.

AzToday.az Rusiya mediasına istinadən xəbər verir ki, Putinin ötən ilki rəsmi gəliri 9 milyon 994 min rubl (224 026 manat – red.) təşkil edib.

Həmçinin, Rusiya prezidenti ötən illərdə olduğu kimi sahib olduğu daşınmaz və daşınar əmlakını da bəyan edib. Məlum olub ki, Putinin 77 kvadrat metrlik mənzili və qarajı, sahəsi 153.7 kvadrat metr olan 2-ci mənzili və yenə də 18 kv.m başqa qarajı var. Prezidentin həm də 2 avtomobili Qaz M21, Niva və Skif markalı qoşqusu hələlik durur.

Qeyd edək ki, 2014-cü ildə əksər yerli və xarici ekspertlərin hesablamalarına görə, Putin 140 milyard dollarlıq varidata sahibdir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button