Hadisə

Bakının bu ərazilərində evlərə təhlükə var (SİYAHI)

Bakıda Müşfiqabad tərəfdə yerləşən “Bozdağ Hökməli” vulkanı yaxınlığında tikilən evlərdə çatlar əmələ gəlib.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinə xas aktivlik müşahidə edilib: “Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə Binəqədiyə gedən yolun sol həssində yerlləşən “Keyrəki” vulkanı ətrafında da aktivlik var.

Həmin vulkanın şimal tərəfindəki göllə vulkan arasındakı yamac kəsilib, evlər tikilib. Hazırda həmin evlərdə müəyyən çatlar əmələ gəlib. Zığ ərazisində də zaman-zaman sürüşmə baş verir”.

Əziz Qaralov bildirib ki, Binəqədi qəsəbəsinə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesində aktivlik qeydə alınıb:

“Şuşa şəhərciyi, Daş Karxanası, Sabunçu ərazisində subasma sahələri yağıntılarının təsirindən aktivləşib. Eyni zamanda Qala qəsəbəsi subasma sahəsində də aktivlik var”.

Nazirlik rəsmisi bildirib ki, sürüşmə prosesi barədə daha çox ölkənin cənub zonasından nazirliyə müraciət olunur: “Lənkəran, Lerik və Yardımlı rayonları ərazilərində müxtəlif kilometrliklərdə sürüşmə və uçqunlar baş verib.

Hazırda Yardımlının bir neçə kəndindən vətəndaşların sürüşmə ilə bağlı müraciəti araşdırılır. İki günə nəticələr açıqlanacaq”./teleqraf.com

Bənzər yazılar

Back to top button