Dünya

İŞİD terror qruplaşması sözcüsünün keçmiş arvadı — “Ərim yeni Bin Laden olmaq üçün məni boşadı”

İŞİD terror qruplaşmasının mətbuat katibi Əbu Həsən Əl Muhacirin keçmiş arvadı qruplaşmadan qaçıb.

“Ölkə.Az” xəbər verir ki, 4 uşaq anası ərinin onu yeni Usamə Bin Laden olmaq üçün tərk etdiyini bildirib.

İŞİD ötən il yeni mətbuat katibi təyin etmişdi. Bu, qruplaşmada Əbu Həsən əl Muhacir kimi tanınan Con Georgelasdır. Əslən Krit adasından olan Con zəngin bir ailənin övladıdır və ABŞ-ın Texas ştatında böyüyüb. Con yunan pravoslav inancı ilə böyüyüb. Atası isə amerikan ordusunun həkimidir.
11 sentyabr hücumundan sonra Con müsəlman olub və adını Yəhya əl Bahrumi olduğunu bildirib. Ərəb dilini öyrənən “yeni müsəlman” internetdə Tanya adlı bir qızla tanış olur. Cütlük 2004-cü ildə ailə qurur. Getdikcə radikallaşan cütlük İŞİD-ə qoşulmaq üçün Suriyaya köçür.

İlk dəfə danışan “İŞİD-in first lady”si deyib: “2013-cü ilin avqust ayında suriyalı bir generalın tərk etdiyi evinə, Azez şəhərinə yerləşdik. Nə su, nə də elektrik enerjisi var idi. Heç nə düşündüyümüz kimi deyildi. Amma mən dözə bilmədim. Cona getmək istədiyimi dedim. Məni sərhədə gətirdi və özü orada qaldı. Dönən kimi boşandım. Sonra isə tanışlıq saytına girdim və ərimin keçmiş İŞİD terrorçusu olduğunu yazdım. 1300 tanışlıq təklifi gəldi. Kreyq adlı biri ilə tanışdım. Kompüter şirkətində işləyir. Bərabərik. Mən kilsəyə gedirəm. Suriyadan qurtuldum. Uşaqlarım sağ qaldı”.

Bənzər yazılar

Back to top button