Dünya

G7 ölkələri inkişaf etməkdə olan ölkələrdə qızların məktəb təhsilinə 15 milyard dollar ayıracaq

“Yeddilər qrupu” (G7) ölkələri inkişaf etməkdə olan ölkələrdə qadınların məktəb təhsilini dəstəkləmək üçün yaxın iki ildə 15 milyard dollar xərcləməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib.

G7 üzvü olan ölkələr ayrılmış maliyyə vəsaitləri sayəsində az gəlirli ölkələrdə yaşayan 40 milyondan çox qızların 2026-cı ilədək məktəbə getməsinə imkan eldə olunacağına və bu ölkələrdən 20 milyon 10 yaşına qədər qızların oxumağı öyrənəcəyini ümid edirlər.

15 milyard dolların G7 ölkələri tərəfindən 2018-ci ildə başlanılan inkişaf maliyyə qurumları arasında əməkdaşlığın – 2X Challenge mexanizmi çərçivəsində paylanacağı gözlənilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button