AnalitikaDünyaManşet

Rusiyada faşizm və yeni antifaşist ittifaqı (ŞƏRH)

Moskva və bütün Rusiyanın Patriarxı Kirill “1-ci kanal”da yayımlanan “Çobanın sözü (Слово пастыря)” verilişində belə deyib: “Bəzən başqalarının azadlığının məhdudlaşdırılmasını tələb edən əmr sahibləri üstün olduqları düşüncəsinə qapılmamalıdırlar. Çünki bu zaman güc istibdada çevrilir”. Patriarx Kirillin bu xəbərdarlığı təsadüfi deyil.

Nüfuzlu ictimai-siyasi xadimlər proseslərin istibidad dövrünü keçərək, faşizm mərhələsinə daxil olması haqqında həyəcan təbili çalırlar.

Əslində, Rusiyanın dövlət siyasətində faşizmin əlamətlərinin görsənməsi ilə bağlı University College London-da sağçı radikal partiyalar və hərəkatlar üzrə tədqiqat aparan Anton Şexovtsov hələ 2014-cü ildə xəbərdarlıq etmişdi. Anton Şexovtsovun xəbərdarlğını diqqətə almayan rusiyalı ictimai-siyasi xadimlər illər sonra Rusiyanın faşizmə yuvarlandığını etiraf etməyə başladılar.

2016-cı ildə Boris Nemtsovun xatirəsinə həsr olunmuş forumda çıxş edən iqtisad elmləri doktori Vladislav İnozemtsev, Rusiyada faşist rejiminin yumşaq variantı bərqərar olduğunu qeyd etmişdi. İndi baş verənlər isə belə qənaət yaradır ki, Rusiyada faşizmin ən qəddar variantı bərqərar olub.

Rusiya Jurnalistlər İttifaqının keçmiş sədri, sabiq deputat İqor Yakovenko hesab edir ki, bu gün Rusiyada hər kəs faşizmlə üz-üzə qalıb. İqor Yakovenko Putinzmin faşizm olduğunu əsaslandırarkən 14 sübut irəli sürüb. Müxaliət lideri Aleksey Navalnı isə məhkəmədə son söz söylərkən Rusiya hakimiyyətini işğalçıların və xainlərin iqtidarı adlandıraraq Putin rejiminin idarəçiliyini Hitler Almaniyasınn işğalçılıq siyasəti ilə müqayisə edib.
Rusiyada isə müxalif və müstəqil fəaliyyət qadağan olunmağa başlanılıb. Aleksey Navalnıya bağlı təşkilatlar, “Korrupsiya ilə mübarizə Fondu” və “Navalnının qərargahları hərəkatı” məhkəmə qərarı olmadan terrorçu və ekstremist təşkilatların siyahısına daxil edilib. Müstəqil mövqeyi ilə seçilən hüquq-müdafiə təşkilatı “Komanda 29”-un ofisində Federal Təhlükəsizlik Xidməti 14 saat axtarış aparıb, təşkilatın rəhbəri vəkil İvan Pavlov saxlanılıb. Rusiyadakı çox az saylı müstqil media orqanlarından biiri olan “Meduza” saytı xarici agent adlandırılıb. Rusiyada müsəlmanarın ən böyük nəşriyyatı olan “Ümmə”nin müdiri Aslanbəy Ejayev terroru maliyyələşdirmək ittihamı ilə həbs edilib. Müxalifət lideri Aleksey Navalnın Arxangelis üzrə qərargahının sabiq rəhbəri Andrey Borovikov 2014-ü ildə “Rammstein” musiqi qrupunun klipini paylaşsa da, buna görə indi, olayın üstündən 7 il keçdikdən sonra pornoqrafiyanı təbliğ ittihamı ilə həbs edilib.

Rusiyanın Ukraynanı müharibə ilə hədələməsi də, Rusiya “sülhməramlıları”nın Qarabağda bitib-tükənmək bilməyən təxribat xarakterli hərəkətləri də Rusiyada bərqərar olan faşizmin Moskvanın xarici siyasətinə etdiyi təsirin görüntüləridir.

Ancaq Rusiyada bərqərar olan faşizmin əks-təsir doğurmayacağını düşünmək yanlış olardı. Rusiyalı ictimai xadimlərdən birinin qeyd etdiyi kimi bütün faşizmlər antifaşist hərəkatı doğurduğu kimi, Putin faşizmi də özünün antifaşist hərəkatını, çox böyük ehtimalla antifaşist ittifaqını da doğuracaq.

Rotşild ailəsinə məxsus The Economist dərgisinin 24 aprel tarixli sayının üz qabığındakı şəkil, eləcə də dərgidə Rusiya ilə bağlı 2 məqalə bu ölkədə baş verənlərə Qərbin mövqeyini öyrənmək baxımından çox maraqlıdır.
The Economist-in “Putin’s next move” (Putinin növbəti hərəkəti) başlıqlı baş məqaləsində Putinin polis rejimi yaratdığı, Co Baydenin Rusiya prezidentinə qarşı vahid Qərb cəbhəsi formalaşdırmağa başladığı vurğulanır. The Economist dərgisinin bu məlumatı onu göstərir ki, Putin faşizminə qarşı antifaşist ittifaqın yaradılmasına artıq start verilib.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button