İqtisadiyyatManşet

Səhiyyə Nazirliyindən şübhəli tender: 3 aylıq şirkətdən 113 min manatıq su alınacaq

Səhiyyə Nazirliyinin Sanator-Kurort Reablitasiya Mərkəzi içməli suyun daşınması ilə bağlı müsabiqəyə yekun vurub.

AzToday.az xəbər verir ki, tenderin qalibi bu ilin yanvar ayında yaradılan “Treniks-Qrup” MMC olub.

Məbləği 113 min 800 manat 50 qəpik olan tenderin şərtlərinə görə mərkəzə 23958 ton (m3) su tədarük olunacaq. Yəni, 1 m3 su reablitasiya mərkəzinı 4,74 manata başa gələcək.

Tenderin qalibi olan şirkət 07.01.2021 tarixində yaradılıb. Nizamnamə kapitalı 5 manat təşkil edən şirkətin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə, ev 154, m.25, qanuni təmsilçisi isə Yaqub Rəhimov Firudin oğludur.

Şirkətin fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. “Dövlət satınalmaları haqqında” qanununa görə, satınalma müsabiqələrində iştirak edən şirkətlərin peşəkarlığı və təcrübəsinə xüsusi önəm verilməlidir. Bu baxımdan 4 ay əvvəl yaradılan şirkətin peşəkarlığı və təcrübəsi şübhələrə əsas verir…

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button