Dünya

Ərdoğanın şəhidlərdən danışarkən gülməsi Türkiyəni ayağa qaldırdı: “O NƏ QƏHQƏHƏ İDİ?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 36 şəhid açıqlamasını verdiyi nitqində gülümsəyərək danışması qardaş ölkənin ictimai rəyində ciddi etirazlara səbəb olub.

“savaş” Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Ərdoğanın AKP-li İstanbul Millət vəkilləri ilə görüşündə yaşanıb. Onun Suriyada verilən şəhidləri anarkən ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını gülümsəyərək anlatması və AKP-li millət vəkillərinin Ərdoğana qoşularaq qəhqəhə atması, onu alqışlaması qəzəblə qarşılanıb.

Ərdoğanın tərəfdarlarını və özünü güldürən çıxışı isə budur: “Dün Sayın Putin’e de söyledim, sizin orada ne işiniz var? Bizim önümüzden çekilin, bizi rejimle baş başa bırakın. Rusya’nın Suriye’de menfaatleri nedir inanın bunu çözebilmiş değiliz. Trump diyor ki ‘Burada Putin’in ne isteği var?’ Ben de ‘Kamışlı’da bir petrol olayı var bunların’ dedim. ‘Orada petrol var mı’ dedi. ‘Orada petrol var’ dedim. ‘Ama Deyrezor kadar yok’ dedim.”

Ərdoğanın bu davranışına sosial media üzərindən göstərilən bəzi reaksiyaları diqqətinizə çatdırırıq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button