İdman

Mirça Luçesku Arda Turanı sildi

Türkiyə millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Mirça Luçesku Rumıniya və Albaniya ilə oyunlara 26 futbolçu çağırıb.

Rumın mütəxəssis Selcuk İnandan başqa 30 yaşdan yuxarı futbolçuya dəvət göndərməyib. “Barselona”da uzun müddətdi forma şansı qazanmayan Arda Turan da heyətdən kənarda qalıb. Həmçinin Burak Yılmaz və Caner Erkin də milliyə çağırılmayıb.

Mirça Luçesku Emre Akbaba, Kenan Karaman, Okan Kocuk, Erol Erdal Akkan və Atila Turanı ilk dəfə yığmaya çağırıb.

Qapıçılar: Harun Tekin (Bursaspor), Okan Kocuk (İstanbulspor), Volkan Babacan (Başakşəhər).
Müdafiəçilər: Ozan Tufan, İsmail Köybaşı (ikisi də “Fənərbaxça), Serdar Aziz (Qalatasaray), Uğur Demirok (Trabzonspor), Atila Turan (Kayserispor), Kaan Ayhan (Fortuna, Almaniya), Çağlar Söyüncü (Frayburq, Almaniya), Erol Erdal Alkan (Dotrext, Hollandiya), Ömer Toprak (Borussiya Dortmund, Almaniya).

Yarımmüdafiəçilər: Selçuk İnan, Tolqa Cicerci (İkisi də “Qalatasaray”), Okay Yokuşlu, Yusuf Yazıcı (İkisi də “Trabzonspor), Deniz Türüç (Kayserispor), Oğuzhan Özyakup (Beşiktaş), Emre Akbaba (Alanyaspor), Çingiz Ünder (Roma, İtaliya), Emre Mor (Selta, İspaniya), Yunus Mallı (Volfsburq, Almaniya), Hakan Çalhanoğlu (Milan, İtaliya), Kenan Karaman (Hannover 96, Almaniya).
Hücumçular: Cenk Tosun (Beşiktaş), Enes Ünal (Levante, İspaniya).

Qeyd edək ki, Türkiyə noyabrın 9-da səfərdə Rumıniya, ayın 13-də evdə Albaniya ilə qarşılaşacaq.

Bənzər yazılar

Back to top button