Dünya

Maliyyə Universitetinin prorektoru: “Bu peşələr yoxa çıxacaq”

Rusiya hökuməti yanında Maliyyə Universitetinin prorektoru Aleksandr Safonov yaxın on ildə yoxa çıxa biləcək peşələrin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, fikirlərini “Rossiyskaya Qazeta” ilə bölüşüb.

Ekspert avtobus sürücüsü və ya metro sürücüsü kimi nəqliyyat işçilərinin tezliklə işlərini itirə biləcəyini söyləyib. O, bunu deyərkən avtopilotların hər yerdə sınaqdan keçirildiyinə diqqət çəkdi.

Safonov xatırladıb ki, əvvəllər təyyarə heyəti beş nəfərdən ibarət olurdu. Ancaq mövcud avtomatlaşdırma səviyyəsində indi əsasən təkcə pilotlar qalıb. Prorektor tezliklə təyyarəni yalnız bir nəfərin idarə edə biləcəyini təxmin edir.

Mütəxəssis mühasib peşəsinin itməməsinə baxmayaraq, çox dəyişəcəyinə diqqət çəkib. O, mühasibin getdikcə bir auditor kimi rol qazanacağını deyib.

Bənzər yazılar

Back to top button