İqtisadiyyatManşet

Azərbaycanın milyardlıq bankları kimə məxsusdur? – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin aktivləri 1 milyard manatdan çox olub.

AzToday.az yeniavaz.com-a istinadən xəbər verir ki, aktivləri 1 milyard manatdan çox olan banklar aşağıdakılar olub:

“Azərbaycan Beynəlxalq Bankı” – 9 milyard 155,6 milyon manat
“PAŞA Bank” – 5 milyard 669,1 milyon manat
“Kapital Bank”- 5 milyard 588 milyon manat
“Xalq Bank” – 2 milyard 130,4 milyon manat
“Bank Respublika” – 1 milyard 111,926 milyon manat

Digər bankların aktivləri isə 1 milyard manatdan az olub. Ən az aktivə sahib olan bank “Pakistan Milli Bankının Bakı filialı” olub. Bu bankın aktivləri 10,1 milyon manat təşkil edir.

Bundan başqa 7-nin aktivləri 500 milyon – 1 milyard manat, 2 bankın aktivi 400 milyon – 500 milyon manat, 5 bankın aktivi 300 milyon – 400 milyon manat, 6 bankın aktivi isə 100 milyon – 300 milyon manat arasında olub.

Onu da bildirək ki, aktivləri 1 milyard manatdan çox olan bankların səhmdarları aşağıdakı kimi olub:

“Azərbaycan Beynəlxalq Bankı” ASC – 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i Əmlak Məslələri Dövlət Xidmətinə, 0,13% “Aqrarkredit” QSC-yə, 0,33%-i digər hüquqi şəxslər, 4,38%-i isə fiziki şəxslərə.
“PAŞA Bank” ASC – 56,82%-i “Paşa Holdinq”ə, 28,18%-i ADOR MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə.
“Kapital Bank” ASC – 99,87%-i “Paşa Holdinq”ə, 0,13%-i isə fiziki şəxslərə.
“Xalq Bank” ASC – 50%-i “İdeal Business CO.” şirkətinə, 33,85%-i “Euro Standard” şirkətinə, 16,15%-i isə “Amal İnvest Group” şirkətinə.
“Bank Respublika” ASC – 49,4%-i Natiq Quliyevə, 16,6%-i DEG İnvestisiya və İnkişaf Korporasiyasına (Almaniya), 8%-i Sparkassen İnternational Development Trust Şirkətinə (Almaniya), 7,7%-i Elçin Quliyevə, 7,4%-i Sevda Quliyevaya, 7,3%-i Saday Quliyevə, 7,2%-i Mariya Quliyevaya və digər hüquqi və fiziki şəxslərə

Bənzər yazılar

Back to top button