Siyasət

Nüfuzlu beynəlxalq təşkilat Azərbaycanı öhdəliklərinə əməl etməyə çağırdı

Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership) Beynəlxalq platformasının rəhbəri Sanjay Pradhan adından Azərbaycan hökumətinə məktub göndərilib. Məktubda Azərbaycanın AHT-dəki statusu xatırlanmaqla yanaşı götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanır.

AzToday.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib.

Onun sözlərinə görə, Açıq Hökumət Tərəfdaşlığı (AHT) beynəlxalq platformasının Rəhbər Komitəsinin 2018-ci il dekabr ayının 5-6 tarixlərində keçirilən iclasında Azərbaycanın üzvlüyü ilə bağlı qəbul edilən qətnamə əsasında ölkəmizə daha bir möhlət verilib:

“Qətnamədə quruma üzvlüyün bərpası məqsədilə bir sıra tövsiyələr öz əksini tapıb.

Adıçəkilən qətnaməyə görə, yeni Milli Fəaliyyət Planı (MFP) 2021-ci il avqust ayının 31-də bitməlidir. Bundan sonra 2022-ci ildə Müstəqil Qiymətləndirmə Mexanizmi (Independent Reporting Mechanism) vasitəsilə MFP-nin icra vəziyyəti qiymətləndiriləcək. Yalnız ondan sonra Azərbaycanın statusuna baxılaraq ya aktiv statusu bərpa ediləcək, ya da ölkə ümumiyyətdə Platformadan kənarlaşdırılacaq.

Platformanın diqqət yetirdiyi əsas sahə vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlıdır və 2016-cı ildə ölkənin statusunun qeyri-aktiv statusa endirilməsində bu amil həlledici rol oynamışdı. Yeni MFP-də pis-yaxşı öhədliklər icra edilir, ancaq vətəndaş cəmiyyətinin fəaliyyətinin bərpası istiqamətində təəssüf ki, heç bir addım atılmayıb. MFP-nin 5-ci bölməsi, xüsusilə 5.2 və 5.3-cü bəndləri istiqamətin heç bir addım atılmayıb. Bunları etmək üçün hökumətin avqustun sonuna qədər vaxtı qalıb. Əgər ölkəmizin beynəlxalq təşkilatlarda təmsilçiliyində maraqlıdırsa, təcili olaraq bu addım atılmalıdır. Özündə şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıq kimi təşəbbüsləri cəmləyən Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership) Beynəlxalq Koalisiyası hakimiyyətlərin nə dərəcədə şəffaflığa maraqlı olmalarını ölçən bir platformadır”.

Məktuba keçid bu linkdədir: https://www.opengovpartnership.org/wp-content/uploads/2021/04/Azerbaijan_Letter_Status-Update_20210427.pdf?fbclid=IwAR17dTTQgI8rRpGon0xU_-Lt27gZ54e5a2gdNQfxy5g1V_77aIhkl7j1Ov4

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button