İqtisadiyyat

Dövlət Xidməti Şəmkir Balıq Zavodunu “kilkə qiymətinə” satışa çıxartdı

Əmlak Məsələləri Dövlət Xidməti Şəmkir Balıq Zavodunu özəlləşdirməyə çıxarıb.

AzToday.az xəbər verir ki, mayın 25-də keçirilən hərracda Şəmkir Balıq Zavodunun ilkin qiyməti 45 min 250 manat olacaq.

Balıq zavodu Şəmkir rayonunun Dəllər qəsəbəsi (torpaq sahəsi 4593.0 kv.m, faydalı sahəsi 280.6 kv.m) və Sarıtəpə kəndinin ərazisi- Vətəkə (torpaq sahəsi 9900.0 kv.m, faydalı sahəsi 60.8 kv.m) əhatə edir.

Şəmkir Balıq Zavodu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 2018-ci ildən hərrac qaydasında özəlləşdirməyə çıxarılsa da, dövlətsizləşdirilməsi baş tutmayıb.

Müəssisə və hərracda iştirak şərtləri barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (https://bit.ly/3e5nW2r) və ya Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button