Dünya

Koronavirus Çində yenidən baş qaldırır: Vuhanda daha beş yoluxma

Çinin Vuhan şəhərində son 24 saat ərzində yeni tip koronavirus infeksiyasının beş yeni təsdiqlənmiş hadisəsi qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, təhlükəli infeksiyanın yayılmasının mərkəzinə çevrilən bu şəhərdə uzun fasilədən sonra ikinci gündür

yerli infeksiyalar qeyd olunur.

Bu cür məlumatları Hubey əyalətinin Sağlamlıq Komitəsi verir.

Yoluxanların hamısının asimptomatik daşıyıcılar olduğu bildirilib, lakin son bir gündə onların həqiqətən virusa yoluxduqları müəyyən olunub.

Bənzər yazılar

Back to top button