Siyasət

Bayden “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi bir illik qüvvədən saldı

ABŞ Prezidenti Co Baydenin administrasiyası “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bir illik qüvvədən düşməsini təsdiqləyib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən “Azadlığa Dəstək Aktı”nı qəbul edib. Bu qanuna edilən 907-ci düzəliş Azərbaycanın rəsmi qurumlarına Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.

Düzəlişin qüvvədə olması 2002-ci ildən ABŞ prezidenti tərəfindən dayandırılır.

Bənzər yazılar

Back to top button