İqtisadiyyat

Azərbaycanda 3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib

“Ötən il əsassız ünvanlı yardım, pensiya, müavinət təyinatlarına rəvac vermiş əməkdaşlarımızla bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, onlar barədə cinayət işləri başlanılıb: “Daxili nəzarət tədbirləri əsasında 25 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə geri qaytarılıb”.

O əlavə edib ki, ötən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb: “3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb”.

Bənzər yazılar

Back to top button