DünyaGündəm

Vaşinqton Türkiyə ilə “düşmənçilik axtarmir”

Vaşinqton Türkiyə ilə münasibətləri gərginləşdirməyə çalışmır, əksinə münasibətlərinə “sabitlik və proqnozlaşdırıla biləcəyini” ümid edir, bunu ABŞ-Türk diplomatiyasında iştirak edən yüksək səviyyəli bir ABŞ diplomatı, şənbə günü TURAN-a bildirib.

Prezident Bayden dünən rəsmi olaraq Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyasındakı erməni əhalisinin kütləvi qırılmasını “soyqırım” adlandıraraq əsas müttəfiqlərindən biri ilə gələcək diplomatik münasibətləri təhlükəyə atdı. Amerikalı bir diplomat TURAN-a adının açıqlanmaması şərtilə, Türkiyənin cavabı “tamamilə proqnozlaşdırılan idi”, – dedi

Diplomat Vaşinqtonla Ankara arasındakı münasibətlər son illərdə kəskin şəkildə pisləşdiyini və “açıq şəkildə səhv istiqamətə doğru irəlilədiyini” söylədi. Ankaranın Rusiyanın S-400 hava müdafiə sistemini əldə etmək qərarına, eləcə də İŞİD və siyasi mübahisələrə v kürd problemini eyd etdi.

“Ölkələrimizin bir-birləri ilə dürüst danışmağın və irəliləməyin vaxtı gəldi” deyə mənbə əlavə etdi.

Ağ Evin iki lider arasındakı cümə günü keçirdiyi telekonfransdan sonra Ağ Evin hazırladığı hesabatda deyildiyi kimi, Baydenin prezident Ərdoğanla iyun ayında Brüsseldə görüşməsi planlaşdırılır.

Vaşinqtondakı tənqidçilərə görə, Biden administrasiyasının yeni xarici siyasət taktikanı yeridir – “təzyiqləri artırarkən dialoqa ehtiyac olduğunu bildirmək”.

Bununla birlikdə, Prezident Biden, Ermənilərin Xatirə Günü ilə bağlı verdiyi açıqlamada, İstanbulu deyil, Osmanlı paytaxtını Konstantinopolu qeyd edərək müasir Türkiyəyə barmaq göstərməkdən çəkindi.

Bənzər yazılar

Back to top button