GündəmSağlamlıq

Yoluxanların sayı 1000-dən aşağı düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 963 yeni yoluxma faktı qeydə alınıb, 2091 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzToday.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda bu gün 19 286 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 584 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 536 328, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 980 005, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 556 323 nəfər təşkil edir.

Bənzər yazılar

Back to top button