İdman

Jiru rəmzi komandaya salındı – Qapıçı kimi

“Milan”ın hücumçusu Olivye Jiru A Seriyasının 8-ci turunun rəmzi komandasına daxil edilib.

Fanat.az xəbər verir ki, o, simvolik “11-liy”ə qapıçı kimi düşüb.

Şənbə günü “Milan” səfərdə “Cenoa”ya 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Kristian Pulişiç vurub. İkinci hissəyə əlavə olunmuş vaxtda “Milan”ın qapıçısı Mayk Menyan qırmızı vərəqə alıb. Baş məşqçi Stefano Pioli beş əvəzetmənin hamısını etdiyi üçün matçın qalan hissəsində Jiru qonaqların qapısını qoruyub. Qalan vaxtda Maynanın formasını geyinən forvard iki dəfə “Milan”ı qol buraxmaqdan xilas edib.

Bundan əvvəl Fransa yığması Niderland ilə seçmə oyun (13 oktyabr) və şotlandlarla yoldaşlıq görüşü (17 oktyabr) üçün heyəti açıqlayıb. Fransızlar yığmanın rəsmi saytında Jiru ilə bağlı vəziyyətə zarafatyana yanaşıb. Komandanın sosial media hesabında: “Buna görə də siyahını yeniləməli olduq” şərhi ilə hücumçu qapıçılar sırasına daxil edilib.

Bənzər yazılar

Back to top button