Hadisə

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkətlərinin adları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, ən çox şikayət olunan şirkətlərin siyahısını Mərkəzi Bank açıqlayıb.

Bankdan verilən məlumatda bildirilir ki, avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən sığorta şirkəti “Xalq Sığorta” ASC olub.

Məlumat üçün bildirək ki, Mərkəzi Bank müştərilərin şikayətləri əsasında şikayət indeksi tərtib edib. Ən yüksək şikayət indeksi də “Xalq Sığorta” ASC-yə verilib. Barəsində ən çox şikayət edilən şirkətlərin sıralaması aşağıdakı kimi olub:

Onu da bildirək ki, avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınıb.

Bənzər yazılar

Back to top button