Hadisə

Marşrut sürücüləri arasında koronavirusa yoluxan yoxdur (RƏSMİ)

“Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

AzToday.az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bizim TƏBİB-lə birgə həyata keçirdiyimiz tədbirlərlə 800-dən çox sürücü yoxlanılıb. Hələlik sürücülərimiz arasında koronavirusa yoluxan yoxdur”, – o bildirib.

Bənzər yazılar

Back to top button