İdman
Klopp qalır, yoxsa gedir?
Mark Kosike meneceri olduğu Yurgen Kloppun “Liverpul”da qalıb-qalmayacağı haqda sualları cavablandırıb.
Qol.az xəbər verir ki, o, “Sky Sport”a açıqlamasında bildirib ki, klub Çempionlar Liqasına vəsiqə qazanmasa belə, 53 yaşlı mütəxəssis İngiltərə təmsilçisində qalacaq: “Xeyr. Qətiyyən, Kloppun ayrılması ilə bağlıbir şey yoxdur. Hələ heç bir danışıq olmayıb”.
Qeyd edək ki, Klopp 2015-ci ildən bu komandanı çalışdırır.