Hadisə

Kəmaləddin Heydərovdan adekvat reaksiya: Tapşırıq verdi, araşdırıldı, işdən çıxardı…

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi, tibb xidməti polkovniki Xanım Sofiyeva vəzifəsindən azad edilərək, ehtiyata göndərilib.

Qaynarinfo-da dərc edilən sil-silə yazılardan sonra hörmətli nazir, general-polkovnik Kəmaləddin Heydərov FHN-nin Daxili Təhqiqat Baş İdarəsinə göstəriş verib və buna uyğun olaraq Xanım Sofiyevanın fəaliyyəti araşdırılıb. Araşdırma zamanı xanım rəisin işlərində ciddi nöqsanlar şakralanıb.

Xanım Sofiyeva Tibb Mərkəzinin rəisi təyin olunan gündən 60-dan yuxarı tibb personalının səbəbsiz, gözünün yaşına baxmadan işdən xaric olunmasına nail olub. Bu həkim və tibb personalının adları Qaynarinfo-nun əvvəlki məqalələrində qeyd edilib.

Həmçinin Tibb Mərkəzi rəisi təyin olunduğu gündən uzun illər orada işləyən peşəkar həkim və tibb işcilərinin siyahısını kütləvi şəkildə nazirliyə təqdim etməklə, onları özündən yuxarı vəzifəli şəxslərin əli ilə işdən uzaqlaşdırmağı bacarıb. Onların yerinə isə özünə yaxın bildiyi psixoloqları gətirib.

FHN-nin Daxili Təhqiqat İdarəsinin araşdırması nəticəsində o da məlum olub ki, Xanım Sofiyeva 2 ilə yaxındır Tibb Mərkəzi və FHN-nin Bakı Regional inzibati binasında yerdəyişmə adı altında təmir-tikinti işləri aparmaq üçün hər iki binanı fəaliyyətini dayandırıb və bu günə qədər təmir başa çatmayıb.

Onu da qeyd edək ki, FHN-nin adıçəkilən inzibati binaları son 10 ildə milyonlarla manat xərc çəkilərək təmir edilib. Amma müəmmalı səbəblərdən Xanım Sofiyeva hər iki binada təmir-bərpa adı ilə söküntü işlərinin aparılmasına əmr verib və bu proses səbəbsiz yerə icra olunub. Fəaliyyət sahəsinə aid olmasa da, qanunsuz olaraq tender də elan edib. Hansı ki, tenderi nazirlik etməli və FHN-nin Əsaslı Tikinti İdarəsi yerinə yetirməli idi.

Həmçinin təmir-tikinti işlərini aparan və sözügedən qurumları avadanlıqlarla təmin edən özəl şirkətlərə də külli miqdarda borc yaranıb. Hazırda bununla bağlı məhkəmə işləri davam edir.

Pandemiya dövründən sonra FHN modul hospital anbarında qalan 630 000 manat dəyərində dərman və tibbi ləvazimat qanunsuz olaraq aidiyyatı üzrə təhvil vermədiyi üçün dərmanların istifadə müddəti bitib. Bununla da dövlət büdcəsinə külli miqdarda ziyan dəyib.

O da məlum olub ki, Xanım Sofiyeva pandemiya dövründə işləyən həkim və tibbi personala aid müavinət və pul mükafatlarını ancaq özü istədiyi şəxslərə ayırıb.

Dünən işdən xaric olunan Xanım Sofiyeva qərardan sonra Tibb Mərkəzinə qayıdaraq, şəxsi əşyalarını belə götürməyib. O, yaxın dostu və özünə müavin təyin etdirdiyi Davud Sultanovdan əşyalarını götürməyini istəyib.

Qeyd edək ki, Xanım Sofiyeva nazir müavini Faiq Tağızadə, Kadr Baş İdarə rəisi, general-mayor Sevda Şirinova, Nəzarət Təftiş İdarəsinin rəisi, “Tuz Qəşəm” ləqəbli Qəşəm Məmmədovun dəstəyindən istifadə edərək, sözügedən əməlləri törədib.

Qeyd edək ki, Qaynarinfo-nun məqsədi dövlət qurumlarında şəffaflığın təmin olunmasına, dövlət vəsaitlərinin səmərəli istifadəsinə nail olmağa dəstək verməkdir. Bu səbəbdən cənab Kəmaləddin Heydərovun yazılarımıza adekvat reaksiyası verərək, araşdırılmasını barədə tapşırıq verməsini alqışlayırıq.

Bənzər yazılar

Back to top button