Mədəniyyət

Emindən 25 milyonluq satış xəbəri ilə bağlı AÇIQLAMA

“Dostum Bahh Tee (müğənni Bəxtiyar Əliyev- red) və mən “Zhara Music” musiqi etiketini iki il əvvəl yaratdıq. Bu, dostumun fikri idi. İnanılmaz şeylər etdik. İki ilə yüz sənətçidən ibarət bir heyət formalaşdırdıq”.

AzToday.az xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov Rusiya KİV-nə açıqlamasında deyib. O, sahibi olduğu musiqi leyblının 25 milyona satılmadığını bildirib:

“Özüm bu etiketin sənətkarıyam. Müqaviləmiz yeni rəhbərliyə verildi. İndi daha da çox qazanacağıq. Yalnız Rusiyada deyil, xaricdə də tanınacağıq. İndi sənətçilərimiz Braziliya, Çin, Avropada işlər reallaşdıra bilər. Qanadlarımız nəhayət açıldı. Müqavilənin məbləğinə gəldikdə, bu, mətbuatda yazıldığı kimi 25 milyon dollar deyil. Gözəl və yaxşı bir məbləğdir. Sən bununla yaşaya bilərsən”.

Qeyd edək ki, 2020-ci ilin martında “Warner Music Group” Emin Ağalarov və Bəxtiyar Əliyev tərəfindən yaradılmış rus etiketli “Zhara Music”in satın alındığını elan edib, bundan sonra leybl “Atlantics Records”un Rusiya bölməsi olub.(qafqazinfo.az)

Bənzər yazılar

Back to top button