İqtisadiyyatManşet

Füzuli Ələkbərova məxsus şirkətin udduğu 500 minlik tender ləğv olundu

Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 01.12.2020-ci il tarixdə “Kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması” üzrə keçirilmiş tender ləğv edilib.

AzToday.az xəbər verir ki, tender “Dövlət satınalmaları haqqında” Qanunun 11.2 maddəsinə əsasən ləğv olunub.

Qanunun sözügedən bəndində bildirilir ki, satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:

-tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;

-tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda;

Ləğv olunan tenderin məbləği 457 min 151 manat 35 qəpik təşkil edib. Və tenderin qalibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Trucks and Buses” MMC olmuşdu.

Tenderin şərtlərinə görə, 1 ədəd kommunal təyinatlı maşın alınmalı idi.

Bənzər yazılar

Back to top button