DünyaSağlamlıq

Alimlərdən şok açıqlama: Dünyada koronavirusdan real ölüm nisbəti iki qat yüksək ola bilər

“Dünyada koronavirus səbəbindən ölənlərin sayı mövcud rəsmi məlumatlardan iki dəfədən çox ola bilər”.

Pravda.az xəbər verir ki, ABŞ-ın Vaşinqton Universitetinin Amerika Sağlamlıq və qiymətləndirmə İnstitutunun alimləri bu qənaətə gəliblər.

İnstitutun saytında dərc edilmiş tədqiqat nəticələrinə görə, dünyada 6.9 milyon insan koronavirusun səbəb olduğu xəstəlikdən ölüb, lakin mövcud hesablamalar, təqribən 3.2 milyon qeyd edilir.

Tədqiqatçılar əvvəlki illərdə ölkələrə üzrə ölümləri koronavirus pandemiyası səbəbindən ölənlərin sayı ilə müqayisə ediblər.

Elm adamları pandemiyanın trafik sıxlığının azalması və ölümlə nəticələnən qəzaların sayəsində insanların xilas olmasına gətirib çıxara biləcəyini də vurğulayıb.

Bənzər yazılar

Back to top button