Cəmiyyət

Sinoptiklər 23-24 noyabr tarixlərində güclü külək əsəcəyi barədə xəbərdarlıq edib

Yaxın iki gün ərzində Azərbaycan ərazisində külkəkli hava şəraiti bərqərar olacaq, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib.

Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Noyabrın 23-24-də Azərbaycanın rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button