Elman Rüstəmov “sevimli şirkəti”nə 2 gündə 2 milyon manatlıq 7 tender qazandırdı (SİYAHI)

by Aztoday Xəbər Portalı

Azərbaycan Respublikasının Mərkəzi Bankının 6 və 7 may tarixlərində keçirdiyi 7 tenderin qalibi bir şirkət olub.

AzToday.az xəbər verir ki, 7 tenderin qalibi olmuş “GT SOLYUŞNZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 2 gün ərzində ümumilikdə 2 milyon 48 min 16 manat qazanacaq.

Tenderləri təqdim edirik:

1. Mərkəzi Bankının rəsmi internet səhifəsinin dəstəklənməsi – 13947.6 AZN
2. Mərkəzi Bankda istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi – 484980 AZN
3. Mərkəzi Bankda istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi – 84960 AZN
4. Mərkəzi Bankda istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi – 31435.2 AZN
5. Mərkəzi Bankda istismarda olan Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi – 308475.6 AZN
6. Mərkəzi Bankda istismarda olan Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi – 369930 AZN
7. Mərkəzi Bankda istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması – 749288.2 AZN

40 manat nizamnamə kapitalına “GT SOLYUŞNZ” MMC 15.01.2007 tarixində Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Elxan Həsənov Mirhadi oğludur.

Şirkət 25.09.2019 tarixindən indiyə kimi təkcə Mərkəzi Bankdan 15 tender qazanıb.

Şirkətlə bağlı internet resurslarında məlumatlar yalnız satınalmaların qalibi olması ilə bağlıdır.

Bənzər Yazılar