Siyasət

Dünya siyasətinin müdrik şəxsiyyəti

1991-ci ildə əldə edilən müstəqilliyin 2-ci ilində Azərbaycan kifayət qədər problemlərlə üz-üzə qalmışdı – Qarabağ münaqişəsi, işsizlik, dövrün tələblərinə cavab verən kadır qıtlığı, düşmənlərin hər tərəfdən hücumu, büdcə kəsiri, iqtisadi, siyasi, mədəni sahədə natamamlıq və ən əsası vətəndaşların gələcəyinə ümidinin tükənməsi… Bütün bunlar azmış kimi bir də ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsi…

Terror təşkilatları at oynatdığı, torpaqlarımız işğal olunduğu vaxt Bakıda hakimiyyət mübarizəsi gedir, döyüşməli olan “komandir”lər qiyamçı sərkərdə kimi hakimiyyət davasında iştirak edir, yüz minlərlə vətəndaş öz yurdundan didərgin düşürdü. Eyni vaxtda Qərbi Azərbaycandan gələn qaçqınların problemləri…

Çıxılmaz kimi görünən bütün problemləri həll edəcək müdrik şəxsiyyət vardı – Ulu Öndər Heydər Əliyev. Məhz bunu çox yaxşı anladığı üçün xalqımız Heydər Əliyevə etimad göstərdi. Hamılıqla Ümummilli Liderin ətrafında birləşən Azərbaycan xalqı yanılmadı.

Qısa zaman ərzində müharibə və xaos içində olan ölkəni sabit bir dövlətə çevirən Ümummilli Liderin xidməti sayəsində 1995-ci ildə artıq atəşkəs əldə edilmiş, “Əsrin müqaviləsi” imzalanmış və neftimizin dünya bazarına çıxması üçün mühüm addımlar atılmış, təhlükəsizlik, əmin-amanlıq, iqtisadi, siyasi, mədəni islahatlar həyata keçirilmiş, hüquqi dövlət quruculuğu işi Konstitusiyamızın qəbul olunması ilə təmin edilmişdi.

Növbəti addımlarında Ulu Öndər Azərbaycanın inkişaf strategiyasını formalaşdırdı. Gənclərə verilən dəstək, sivil dünyaya inteqrasiya, güclü iqtisadi sistem qısa müddətdə uğur gətirdi. Ulu Öndər məhz onların görmək istədiyi Azərbaycanı inşa etdi. Eyni zamanda, hər bir vətənpərvər ziyalımız təhsilə üstünlük verən, Avropa dəyərlərinin bərqərar olduğu, çağdaş, vətəndaşları güclü müstəqil dövlət arzusunda idi. Məhz Heydər Əliyev siyasəti sayəsində ziyalılarımız arzularına çatmış oldu.

Biz gənclər yaxşı bilirik ki, bu qədər böyük uğurları sadəcə millətini sevən dahi şəxsiyyət qazanaa bilərdi. Ulu Öndərin vətəninə bağlılığı, müdirikliyi və zəkası hesabına bugünkü güclü Azərbaycan mövcuddur. Buna görə də tarix boyu hər bir azərbaycanlı dövlətinin varlığına görə Ümummilli Liderə borclu olacaq.

Bugünkü gənclik də mənəvi dünyasının liderinə – Ulu Öndər Heydər Əliyevə sevgisini və ehtiramını hər fürsətdə dilə gətirir. Rəhbəri olduğum “Gənclərin Elimi-Mədəni İnkişafı” İctimai Birliyi yarandığı gündən Ümummilli Liderin şəxsiyyətini özünə nümunə seçib, yolunu buna uyğun formalaşdırıb.

Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev kadr islahatları zamanı çağdaş təfəkkürlü, innovativ yenilikləri ölkəmizə gətirəcək məmurlara üstünlük verməsi və komandasını gəncləşdirməsi müdrik siyasi xəttin davamıdır. Dövlətimizin başçısı yeni Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirini təyin edərkən çıxışında dilə gətirdiyi tezislərlə gələcək Azərbaycanın elmə üstünlük verən çağdaş əsaslarla formalaşdırma siyasətinin davamlı olacağını təsdiqləmiş oldu. Məhz dövlət başçısının iradəli siyasətinin nəticəsində intibah yaşayırıq. Məhz buna görədir xalq-dövlət həmrəyliyi də, vətəndaş-rəhbər birliyi də!

Azərabycan gənci xoşbəxtdir ki, Vətən müharibəsinin iştrakçısı və qalibiyyətin həmmüəllifi olub. Həm də onun şahidi olduq ki, Prezidentimiz bu zəfərdən sonra yenidənqurma işində gənc kadrlara etimad göstərdiyini bəyan etdi.
Biz gənclər bu müqəddəs işdə öz məsuliyyətimizi dərk edir, dövlətimizə dəstək verməyi bundan sonra da davam etdirməyi özümüzə borc bilirik. Azərbaycan gəncləri bütöv, qüdrətli, təhlükəsiz, demokratik, multirkultural, müstəqil Azərbaycan üçün sonsuzadək Ümummili Lider Heydər Əliyevə minnətdarıq olacaq!

Sərdar Yusifoğlu,
“Gəncliyin Elmi Mədəni İnkişafı” İB-nin sədri

Bənzər yazılar

Back to top button