GündəmHadisə

Xalq artisti Fədayə Laçınla bağlı Mehriban Əliyevaya müraciət etdi

Xalq artisti Brilliant Dadaşova Azərbaycanın I vitse- prezidenti Mehriban Əliyevaya məhbusların qaçmasına kömək etməkdə günahlandırılaraq həbs edilən müğənni Fədayə Laçınla bağlı müraciət edib.

AzToday.az xəbər verir ki, Brilliant Dadaşova sosial şəbəkə vasitəsi ilə etdiyi müraciətdə bunları yazıb:

“Əzizimiz, sevimli Mehriban xanım. Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirk və bu səbəbdən sizə müraciət edib, istedadlı müğənni, gənc qadın və ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı, onu düşdüyü bəladan xilas etməyinizi xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah və heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm. Biz uca tanrıdan cənab prezidentimizə, sizə, övladlarınıza can sağlığı, ailə səadəti diləyirik. Başımızın üstündə daim var olasınız”.

Bənzər yazılar

Back to top button