Cəmiyyət

Cəlal İsayev “Vasmoy” bazarından danışdı: “Bu yolverilməzdir”

“Bazara gedən hər bir insan bilməlidir ki, infeksiyaya yoluxa bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev “Vasmoy” bazarını əks etdirən fotolardan danışarkən deyib. Həkim bildirib ki, bu yolverilməzdir:

“İnsanlara dəfələrlə məlumat verilib ki, kütləvi yerlərdə maska və əlcəkdən istifadə edilməlidir. Bir yerdə çox dayanmaq olmaz. Bu, infeksiyanın yayılması üçün əsas faktordur. Bazarda işləyən yaxud da alış-verişə gedənlərin icazəsi varmı? İlk öncə bunu yoxlamaq lazımdır. Bu, dövlətdən çox insanların özünə lazım olan məsələdir. Bazara gedən insan bilməlidir ki, infeksiyaya yoluxa bilər”.

Cəlal İsayev qeyd edib ki, bazarlarda üstü açıq şəkildə satılan bütün kənd təsərrüfatı məhsullarıyla bağlı məsələylə isə Qida Təhlükəsizliyi Agentliyi məşğuldur.
Qeyd edək ki, “Qafqazinfo “Bakının “Vasmoy” kimi tanınan bazarından foto-reportaj hazırlayıb. Fotolardan xüsusi karantin rejiminin mayın 4-ünə kimi uzadılmasına baxmayaraq, bazarda şıdırğı alver getdiyi görünür.

Bənzər yazılar

Back to top button