GündəmHadisə

Ermənilər Azərbaycanın Naxçıvanda yerləşən mövqelərini atəşə tutub

İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb, xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Ermənistan tərəfi qeyd edilən istiqamətdə atışma haqqında məlumat yaymayıb.

Bənzər yazılar

Back to top button