Cəmiyyət

Koronavirusun insan əliylə yaradılması mümkün deyil – Viroloq

Koronavirusun süni şəkildə yarana biləcəyinə dair heç bir dəlil yoxdur.

Qaynarinfo xəbər verir ki, bu sözləri Vuhan Virusologiya İnstitutunun rəhbəri Yuan Çjimin deyib. O bildirib ki, bu fikrini o, virologiya barədə öz anlayışı əsasında söyləyir. CGTN kanalına verdiyi müsahibədə viroloq qeyd edib ki, virusların sintezi üçün “fövqəladə zəka və nəhəng həcmdə iş”in lazım olduğuna inananlar var.

Viroloqun sözlərinə görə, mümkündür ki, bu cür söz-söhbətlər insanların Vuhandakı virusologiya institutunun və BSL-4 laboratoriyasının yerləşməsindən xəbərdar olduqlarna görə yaranıb. Ayrıca, ABŞ senatoru Tom Kotton koronavirusun Vuhan Viroloji İnstitutunda ortaya çıxdığını bildirməklə söhbətləri bir az da körükləyib.

Bu baxımdan, o, insanların belə bir virus sintez edə biləcəyinə heç vaxt inanmayacağını bildirib. İnstitutu haqqında danışan Çjimin infeksiyanın oradan “qaça biləcəyinin” də mümkünsüz olduğunu vurğulayıb. Onun sözlərinə görə, institut çox sərt idarəetmə sisteminə malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ yeni növ koronavirusun pandemiyasının səbəbləri ilə bağlı araşdırmaya başlayıb. Prezident Donald Tramp qeyd edib ki, Vaşinqton infeksiyanın mənşəyini müəyyənləşdirir. Onun sözlərinə görə, Çində koronavirusun yayılması ilə bağlı məlumatlara nəzər salanda “çox qəribə hadisələrin baş verdiyini” görmək olar. Beləliklə də o, virusun Çindəki Vuhan yaxınlığındakı bir laboratoriyadan sızması ilə əlaqədar suala cavab verib.

Bənzər yazılar

Back to top button