Bizim seçimİdman

“Real” yeni baş məşqçisini rəsmən açıqladı

Zinəddin Zidan “Real”a qayıdıb.

Qaynarinfo xəbər verir ki, bu barədə az öncə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Zidanla 2022-ci ilin 30 iyununadək müqavilə imzalanıb.

Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə “Real”a başçılıq edib. Komanda onun rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu və klublararası dünya çempionluğunu, 1 dəfə La Liqanı və İspaniya Super Kubokunu qazanıb.

Bənzər yazılar

Back to top button