GündəmManşetSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa və Kanadanın bəyanatlarını tənqid edib

Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi Tvitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin təmsilçisi Leyla Abdullayeva deyib ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb. Bunun qarşılığında isə Ermənistan 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbiçilərini yeridib. Bu hərbiçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər Azərbaycanlı hərbiçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

“Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrini təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var”, – deyə Abbdullayeva qeyd edib.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək, beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq, – deyə Xarici İşlər Nazirliyinin təmsilçisi vurgulayıb.

Bənzər yazılar

Back to top button