Hadisə

Ev dustağı olan keçmiş baş həkim işə necə çıxır? – Rauf İsfəndiyarov barəsində ilginc iddia

Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov işə çıxır.

Bu barədə Hit.az-a müğənni Dəniz Əsədova bildirib.

Məlumat üçün deyək ki, Rauf İsfəndiyar Dəniz Əsədovanın şikayəti əsasında məsuliyyətə cəlb edilib. Müğənni iddia edir ki, onda olan məlumatlara görə, keçmiş baş həkim istintaq altında olmağına baxmayaraq işə çıxır, xəstə qəbul edir, hətta bəzi vətəndaşlara pensiya düzəldir.

“Bu adam barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Amma o işlədiyi xəstəxanaya gedərək ağ xalatını geyinib xəstə qəbul edir. Bu necə ola bilər axı?”, deyə Dəniz Əsədova bildirib.

Müğənni məsələnin araşdırılacağına ümid edir.

Bənzər yazılar

Back to top button